881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

3
Avq
2024
15:35

Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Azreform.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ümumilikdə, 1508 nəfər namizədlik üçün müraciət edib.

“590 nəfər 22 siyasi partiyadan irəli sürülüb. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub”, - o deyib.