Bayden bəyanat yaydı

1
Avq
2024
22:21

ABŞ Rusiya ilə məhbus mübadiləsi çərçivəsində üç vətəndaşını və bir “qrin kart” sahibini geri alıb.

Azreform.info ” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir.

Qeyd olunub ki, söhbət WSJ-nin jurnalisti Evan Qerşkoviç, keçmiş dəniz piyadası Pol Uilan, jurnalist Alsu Kurmaşeva və müxalif siyasətçi Vladimir Kara-Murzadan gedir.

Bayden bildirib ki, onun prezidentliyi dövründə ABŞ 70 vətəndaşını geri qaytarıb.

Xatırladaq ki, daha əvvəl Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparıldığı bildirilmişdi.