Rusiya və İranın XİN başçıları Haniyənin qətlini pisləyiblər

1
Avq
2024
20:21

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni Fələstinin HƏMAS hərəkatı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini pisləyiblər.

Azreform.info ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, nazirlər bu hadisənin regionda gərginliyi artıracağını vurğulayıblar.