Tehranda öldürülən İsmayıl Haniyə bu ölkədə dəfn ediləcək

1
Avq
2024
10:35

İranda yeni prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu gün Tehranda vida mərasimi keçirilib.

Azreform.info xəbər verir ki, İranın Ali lideri Əli Xameneyi Haniyənin cənazə namazını qılıb.

İrandakı mərasimdən sonra Haniyənin cənazəsi Qətərə göndəriləcək. 

Sui-qəsd nəticəsində öldürülən Haniyə sabah cümə namazından sonra Dohada dəfn ediləcək.

Mürtəza
Azreform.info