ABŞ Gürcüstana yardım proqramını dayandırıb

31
İyl
2024
23:42

ABŞ administrasiyası Gürcüstanda "Xarici təsirlərin şəffaflığı haqqında" qanunun qəbulu ilə əlaqədar Tbilisiyə yardım proqramını dayandırmaq qərarına gəlib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir.

"Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini elan etdim. Bunun nəticəsində ABŞ birbaşa Gürcüstan hökumətinin dəstəklənməsinə yönəlik 95 milyon dollardan çox yardımı dayandırır" , - Blinken bildirib.