RƏSMİ: "Mançester Siti" klubu cəzalandırıldı

31
İyl
2024
22:56

"Mançester Siti" klubu cərimə olunub.

Offsideplus.az xəbər verir ki, buna klubun son 2 mövsüm ərzində Premyer Liqada 22 dəfə oyunun başlamasını gecikdirməsi səbəb olub. İngiltərə Futbol Federasiyası kluba 2,9 milyon avro məbləğində cərimə tətbiq edib.

"Mançester Siti" bununla əlaqədar üzr istəyib, futbolçu və məşqçi korpusuna məsuliyyətlərini xatırladıb.