"Peşman edəcəyik" - Pezeşkiandan Haniyə açıqlaması

31
İyl
2024
19:00

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı açıqlama verib.

Azreform.info xəbər verir ki, Pezeşkian HƏMAS liderinin ölümü ilə bağlı bunları deyib: "İran İslam Respublikası öz ərazi bütövlüyünü, ləyaqətini və şərəfini müdafiə edəcək. Terrorçu işğalçılar öz qorxaq əməllərinə görə peşman olacaqlar. Həqiqətən, Allah rəhm edən və intiqam alandır”.

Pezeşkian X (tvitter) səhifəsində daha sonra yazıb: "Bu gün İran kədər içində öz əziz tərəfdaşının matəmindədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm".

Mürtəza
Azreform.info