Ağ Ev: Ermənistan və Azərbaycandan Orta Asiyaya yol aça bilsək...

31
İyl
2024
13:49

ABŞ Rusiya və Çindən yan keçməklə, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına Ermənistan və Azərbaycan ərazilərindən keçməklə yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir.

Azreform.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Senatın Xarici Əlaqələr Komitəsində deyib.

“Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və indi dünya bazarlarına çıxmaq üçün yeganə variant Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və Azərbaycan ərazisindən keçən marşrut aça bilsək, o zaman onlar dünya bazarlarına çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılı olacaqlar”, - O’Brayen vurğulayıb.

Mürtəza
Azreform.info