Qərb rəsmilərinin şok etirafı: “Ukrayna yayadək Rusiya ilə müharibəni uduza bilər”

16
Dek
2023
12:21

ABŞ və Aİ ona əlavə yardım göstərməsə, Ukrayna Rusiya ilə müharibədə uğursuzluqla üzləşə bilər.

Azreform.info xəbər verir ki,  bu barədə CNN Amerika və Avropa rəsmilərinə istinadən yazır.

Qərb rəsmiləri ABŞ-nin Ukraynaya dəstəyini davam etdirmədiyi təqdirdə Avropa ölkələri də onun ardınca belə bir addım atacaqlarından ehtiyatlanır. 

“Bizimlə uğurun zəmanəti yoxdur, amma bizsiz onlar mütləq uğursuz olacaqlar”, - ABŞ-nin yüksək rütbəli hərbi rəsmisi deyib.

Avropalı diplomat isə bildirib ki, yeni ərazilərin ələ keçirilməsi və saxlanması imkanlarına nəzər salsaq, o zaman biz ABŞ-nin davamlı dəstəyi olmadan bunun necə çətin olduğunu görərik. 
CNN-nin yazdığına görə, Qərb rəsmiləri qorxurlar ki, ABŞ dəstəyinin itirilməsi və ya daha da gecikməsi onların müttəfiqlərinin yardımına təsir göstərəcək. 

“İndi Qərb kəşfiyyat orqanları Ukraynanın ABŞ və NATO-nun köməyi olmadan nə qədər dayana biləcəyini hesablayır. ABŞ-nin yüksək rütbəli hərbi məmurlarından biri bunun aylar çəkə biləcəyini təxmin edir, ən pis ssenari ilə böyük uğursuzluq və ya hətta yaya qədər məğlubiyyət”, - CNN yazır.

ABŞ və Ukrayna rəsmiləri CNN-ə bildiriblər ki, Rusiya qüvvələri Ukrayna qüvvələrinə qarşı  5-7 dəfə çox intensivlikdə cavab atəş açırlar və bu gücə malikdirlər. Bu da nəticə etibarilə Ukrayna tərəfində əlavə itkilərə səbəb olur.

Nəşr qeyd edir ki, Qərb rəsmilərinin fikrincə, ABŞ-nin əlavə yardımı olmadan Ukrayna əvvəlcə uzaqmənzilli raketlər, daha sonra hava hücumundan müdafiə raketləri, daha sonra artilleriya sursatları və daşına bilə tank əleyhinə qısamənzilli “Javelin” raketləri, “Stinger” zenit raket ehtiyatını tükəndirəcək. 

Hər bir sursat kateqoriyası Ukraynanın müdafiəsi üçün vacibdir. 

Avropa diplomatı CNN-ə deyib: “Fikirləşmirəm ki, insanlar Ukraynanın süqutunun əslində nə demək olduğunu tam başa düşmürlər. Biz dəhşətli şeylər görəcəyik: etnik təmizləmə və Ukraynanın tamamilə məhv edilməsi. Buçada nə etdiklərini xatırlayın. Deməli, bunun qarşısını ala bilsək, bu, artıq uğurdur. Ona görə də biz dəstəyi davam etdirməliyik”.

Mürtəza
Azreform.info