Fuad Əliyev: Uzun illərdir xalqa yalan danışanlar, vədlər verənlər, xalqdan üzür istəməlidirlər

30
İyl
2024
18:49

“Uzun illərdir xalqa yalan danışanlar, vədlər verənlər, xalqdan üzür istəməlidirlər”

Bunu Azreform.info-ya prezidentliyə keçmiş namizəd, siyasi şərhçi Fuad Əliyev açıqlamasında bildirib.

O, parlament seçkilərində qeydiyyatdan keçən 26 partiyadan, 25 partiyanın iştrak etməsini müsbət hal kimi qiymətləndirir:

“Seçkilərdə bəzi partiya sədrləri, dostlarım iştirak edir, onlara uğurlar arzulayıram. Ümumiyyətlə, bu parlament seçkiləri, prezident seçkiləri kimi çox şərəfli seçkilərdir. Prezident seçkiləri kimi, bu parlament seçkiləri Azərbaycanın bütün ərazilərində keçirilir. Və çox yaxşı bir haldır ki, parlament seçkilərində qeydiyyatdan keçən 26 partiyalardan, 25 partiya iştrak edir. Bunu müsbət hal kimi qiymətləndirirəm. Bunu onu göstərir ki, artıq siyasi təşkilatlarda canlanma baş verir, aktivləşirlər. Hər bir seçki, bir sınaqdır. Və hər bir siyasi təşkilat bu seçkilərdə öz gücünü nümayiş etdirir. Mətbuat səhifələrində yox, keçirilən seçkilərdə göstərir”.

Fuad Əliyevin fikirincə, bəzi partiyaların fəaliyyəti dövründə yalan danışmaq nəticəsində seçicilərin olan, qalan elektoratını da itiriblər:

“AXCP, Müsavat, REAL partiyaları fəaliyyət dövründə xalqa yalan danışıblar, yalan vədlər veriblər, indi olan, qalan elektoratını da itiriblər. Çox uzağa getmək istəmirəm. Bu il keçirilən seçkilərdən deyim. Bu partiyalar prezident seçkilərində iştrak etmirlər və bəhanə gətirirlər ki, bu seçki komissiyaların tərkibi ilə seçkilər keçirilməməlidir, seçki komissiyaların tərkibi dəyişilməlidir və s. Prezident seçkiləri gözdən salırdız. ATƏT-nın seçki monitoring qrupu, beynəlxalq təşkilatlar və bəzi səfirlərlə görüşüb seçkilərdən şikayət edirdiz, tanımamağa çağırırdız. Bunlara sual verən olmadı: seçkilərdə iştirak etmədən, niyə və nəyi şikayət edirsən? Onu, seçkilərdə iştirak edən mən deyə bilərəm və demişəm də. Seçkilər çox yüksək səviyyədə keçirildi. Müstəqil namizəd kimi iştirak etdim və MSK seçicilərlə görüşmək üçün bütün imkanlar yaratmışdır. Qanunla icazə verilən yerlərin hansında istəmişdik orda da seçicilərlə görüşdük, sözümüzü dedik, çağırışlar etdik. Yeri gəlmişkən, həmin görüşlərdə ATƏT-nın seçki monitoring qrupu və beynəlxalq təşkilatların nümayəndələridə iştirak etmişdilər. İndi bunlara sual vermək lazımdır ki, indi niyə seçkilərdə iştirak edirsiz, komissiyaların tərkibi dəyişibmi?

Əli Kərimli, İsa Qəmbər niyə özünüz seçkilərdə iştirak etmirsiz? Bu suala bir və yeganə cavabı var: uduzmağa qorxusuz. Çünki bilirsiz ki, sizlərə səs verən olmıyacaq. Sizə artıq sosial şəbəkələrdə də layk verənlərin sayı kəskin azalıb. Prezident seçkilərində sizləri, Əli Kərimli, İsa Qəmbər, İlqar Məmmədov, dahi insanlara, Marks, Engils, Leninə bənzətmişdim. Sizlər onların ən pis əks tərəfisiz. İlqar Məmmədov vaxtı ilə Milli Məclisi “zoopark” adlandırmışdı. İndi isə həmin “zooparkda” olmaq üçün bu ilin fevral ayından hazırlaşır. Sosial şəbəkələrdə elan verir ki, ay camaat, gəlin mənim komandama üzv olun. İndi isə imzaları toplamaq üçün yenə də sosial şəbəkələr vasitəsilə elan verib ki, imza vərəqələri götürmişəm, gəlin ofisə imza verin... Nə gündəsən, İlqar Məmmədov?! Bəs sən deyirdin ki, prezident İlham Əliyevə yeganə alternativsən. Sən burda 500 imza yığa bilmirsən, hələ prezidentlik iddiasındasan...  Əli Kərimli, İsa Qəmbər, İlqar Məmmədov uzun illərdir xalqa yalan danışdız, yalan vədlər verdiz, buna görədə xalqdan üzür istəməlisiz. İlqar demişkən, sizin əsil yeriniz elə zooparkdı, amma real olan zoopark”.