Hidayət Heydərov Azərbaycana nə zaman qayıdacaq?

30
İyl
2024
15:35

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərovun Azərbaycana qayıdacağı tarix bəlli olub.

Bu barədə Azreform.info -a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, Olimpiya çempionu avqustun 3-ü və ya 4-ü ölkəmizə gələcək: “Amma tarix dəyişə də bilər”.

Həmçinin onun bu gün qayıtdığına dair sosial şəbəkələrdə yayılan videonun köhnə olduğu qeyd olunub.