Şolts Ukrayna ilə bağlı səsvermədə Orbanı necə aldatdığından danışdı

16
Dek
2023
11:42

Almaniya kansleri Olaf Şolts Akraynanın Aİ-yə namizədliyinin səsverməsi zamanı Macarıstan baş naziri Viktor Orbanı səsverməyə mane olmaması üçün hansı hiyləgər addımı atdığını açıqlayıb.

Azreform.info xəbər verir ki, o, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına səs verməzdən əvvəl Macarıstanın baş naziri Viktor Orbanı prosesə mane olmamaq üçün səsvermə prosedurunun keçirildiyi otaqdan kənarda qəhvə içmək adı altında görüşə dəvət etdiyini təsdiq edib.

Şolts deyib ki, Aİ-yə üzv ölkələrin Ukrayna üzrə danışıqlarda razılığa gəlməsinə imkan vermək üçün Orbana taym-aut təklif edib. “Macarıstanın baş naziri qısa müzakirədən sonra razılaşdı. Məhz bundan sonra biz 26 səslə Ukraynanın Aİ-yə namizəd üzvlüyü ilə bağlı qərar qəbul etdik”, - o qeyd edib. 

Şolts onu da əlavə edib ki, Orbanın çıxması əvvəlcədən planlaşdırılan hiylə deyildi. “Bu, qaydalarımıza uyğun olaraq qarşılıqlı razılaşma əsasında verdiyimiz qərardır. Amma bu, hər dəfə edilməli olan iş deyil. Bu xüsusi anlar üçündür”. 

Qeyd edək ki, dekabrın 14-də Aİ sammitində onlar Ukrayna, Gürcüstan və Moldova ilə danışıqların başlanmasını dəstəkləyiblər.

Mürtəza
Azreform.info