Bioloji yaşı azaltmağın yolu AÇIQLANDI

30
İyl
2024
05:28

Veqan olmaq bioloji yaşı azaldır.

Medicina.az xəbər verir ki, bunu Stanford Universitetinin alimləri müəyyən ediblər.

Belə ki, cəmi iki ay ərzində veqan pəhrizinə əməl etməyin DNT metilasiyası ilə əlaqəli bioloji qocalma prosesini geri çevirə biləcəyi açıqlanıb.
Tədqiqatın nəticələri “BMC Medicine” jurnalında dərc olunub.

Alimlər izah ediblər ki, metilləşmə kodlanmış zülalın strukturunun çevrilmədiyi, lakin müəyyən genlərin fəaliyyətinin dəyişə biləcəyi DNT molekulunun modifikasiyasıdır. Bu kimyəvi dəyişikliklər həmişə faydalı olmur - normal metilasiya dövrünün pozulması diabet, ürək xəstəliyi, xərçəng, nevroloji pozğunluqlar və digər xəstəliklərin riskini artırır. DNT metilasiyasına əsaslanaraq, bioloji qocalma sürətini - bədənin "aşınma və tükənmə" dərəcəsini də qiymətləndirmək mümkündür.

Hansı pəhrizin DNT metilasiyası səbəbindən qocalma sürətini ləngitdiyini öyrənmək üçün təcrübə aparılıb. Təcrübədə orta yaşı 40 olan iki qrup könüllü iştirak edib. 43 əkizə iki fərqli pəhriz növü yemək təlimatı verilib: onların bir qismi tamamilə bitki əsaslı pəhrizə (veqan), digər qismi isə ət və süd məhsullarını da ehtiva edən ənənəvi qidalanma tərzinə əməl edib.

Səkkiz həftədən sonra veqan pəhrizinə riayət edən iştirakçıların xolesterol səviyyələrində 19% və qan insulin səviyyələrində 20% azalma müşahidə edilib.

Onlar həm də arıqlayıblar - orta çəki itkisi 4,2 kq olub.

Tədqiqatın birinci, dördüncü və səkkizinci həftələrində tədqiqatçılar DNT metilasiya səviyyələrini qiymətləndirmək və bioloji yaşlarını təyin etmək üçün iştirakçılardan qan nümunələri toplayıblar.

Nəticələr göstərib ki, veqan pəhrizinə əməl edən subyektlərin ürəyi, qaraciyəri, hormonal və metabolik sistemləri “cavanlaşıb”.

Tədqiqatçılar bu nəticələrin bitki əsaslı qidaların yüksək lif, antioksidant və sağlam yağ tərkibi ilə bağlı olduğunu vurğulayıblar.