Elm adamları, sağlamlığa faydalı hesab edilən südün xərçəngə tutulma ehtimalını artırdığını aşkarlayıblar.
Medicina.az xəbər verir ki, bəzi araşdırmalar bu içkinin döş xərçənginə tutulmaq riskini 80% artırdığını göstərir.
Alimlər 8 il ərzində 50 mindən çox qadının məlumatlarını təhlil ediblər. Onların 50%-i veqan pəhrizinə riayət edib, qalanları isə heyvan südünü qəbul ediblər.
Tədqiqat başlamazdan əvvəl iştirakçılardan heç birində xərçəng olmayıb. Vaxt keçdikcə 1 057 nəfərdə bu xəstəlik üzə çıxıb.
Mütəxəssislərin əldə etdiyi məlumatlar bunun səbəbinin süd məhsulları olduğunu göstərib. Araşdırmaların nəticəsi hətta az miqdarda olsa belə, gündəlik süd istehlakının döş xərçəngi riskini 80%-ə qədər artıra biləcəyini üzə çıxarıb. Yəni gündə bir stəkan süddən az içsəniz belə, döş xərçənginə tutulma ehtimalınız xeyli yüksələcək. Gündə 1 stəkan süd xərçəng ehtimalını 50%-dən çox, onu hər gün iki və ya üç stəkan içmək isə 70-80% artırır.
Bu təsiri heyvan mənşəli süddə olan təbii stimulantlarla izah etmək olar. Onlar xərçəngə səbəb olan hüceyrələrin böyüməsinə və bölünməsinə səbəb olur.