30 yaşlı müğənni səhnədə konserti zamanı öldü

16
Dek
2023
10:56

Braziliyalı gənc müğənni Pedro Enrike Braziliya ştatlarından birində konserti zamanı dünyasını dəyişib. 

Azreform.info   xəbər verir ki, 30 yaşlı sənətçinin son çıxışının videosu X (Twitter) sosial şəbəkəsində yayımlanıb.

Feira de Santanada keçirilən tədbirdə Enrike portuqal dilindən tərcümədə "Çox gözəl olacaq" mənasını verən "Vai Ser Tao Lindo" mahnısını ifa edib.

İfaçı müvazinətini itirərək səhnəyə yıxılıb, sonra onu tez xəstəxanaya aparıblar, həkimlər onun infarktdan ölümünü qeydə alıblar.

Azreform.info