Azərbaycanın boks millisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, bu gün ilk təmsilçimiz rinqə çıxıb.
92 kq çəkidə çıxış edən Alfonso Dominqes ilk döyüşünü keçirib. Tokio-2020-nin bürünc mükafatçısı yarışa 1/8 finaldan başlayıb. O, Paris-2024-ün favoritlərindən olan Kuba boksçusu Xulio Sesar Krusla qarşılaşıb. Dominges 3:2 hesabı ilə qalib gəkərək 1/4 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycanı Paris-2024-də beş boksçu təmsil edir.