İngilislərlə ispanlar arasında əlbəyaxa dava: Çənəsinə yumruq ilişdirdi - FOTO

28
İyl
2024
17:49

İngiltərənin “Vest Bromviç” klubunun yarımmüdafiəçisi Ceyson Molumbi yoldaşlıq görüşündə (0:1) “Malyorka”nın yarımmüdafiəçisi Samu Kostanın çənəsinə yumruq vurub.

Azreform.info xəbər verir ki, birinci hissənin sonunda Molumbi ona qarşı qaydanın pozulmasından narazı qalıb. Bundan sonra , bundan sonra “haqq-hesab çəkmək” üçün Kostaya yaxınlaşıb. Kosta söz mübahisəsindən sonra rəqibinin boynundan tutmağa çalışsa da, Molumbi onun üzünə zərbə endirib.

Daha sonra futbolçular əlbəyaxa olublar və hər ikisi yerə yıxılıb. Onları komanda yoldaşları ayırmalı olub.