Məhəmməd UFC-nin yeni çempionu oldu - VİDEO

28
İyl
2024
13:42

İyulun 28-nə keçən gecə Mançesterdə (İngiltərə) UFC 304 turniri baş tutub.

Azreform.info Çempionat.com-a istinadən xəbər verir ki, gecənin əsas hadisəsi hazırkı çempion britaniyalı Leon Edvards və amerikalı Bilal Məhəmməd arasında orta çəki dərəcəsində titul uğrunda döyüş olub.

Məlumata görə, kəməri ABŞ təmsilçisi qazanıb. O, hakimlərin qərarı ilə qalib olub.

Qeyd edək ki, B.Məhəmmədin 36 yaşı var. İdmançı öz aktivində qarışıq döyüş növləri üzrə 24 qələbə və 3 məğlubiyyətə malikdir.