Ağsuda yol qəzası olub, xəsarət alan var

28
İyl
2024
10:21

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info "Report"a istinadla bildirir ki, avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı sərnişin, 1970-ci il təvəllüdlü Kazımova Gülbəniz Ağarıza qızı xəsarət alıb. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.