Botoks effekti verən yaşıl lobya maskasının hazırlanma qaydası

28
İyl
2024
09:07

Yaşıl lobyanın dəriyə botoks effekti verdiyini bilirdinizmi?

Azreform.info “Haber7”yə istinadla xəbər verir ki, yapon qadınların istifadə etdiyi gözəllik sirlərindən biri olan yaşıl lobya maskası hazırda çox populyardır.

Yay aylarında süfrələri bəzəyən yaşıl lobya kalorisi azdır və həzm sağlamlığını dəstəkləyir, qan şəkərini ideal diapazonda saxlayır, ürək sağlamlığına qoruyucu təsir göstərir və hüceyrə zərərini azaldan antioksidanlar ehtiva edir. Tərkibində A və C vitaminləri olan yaşıl lobya dərinizə sehrli toxunuş verən tərəvəzdir. Zeytun yağı ilə bişirildikdə dərinizə cavanlaşdırıcı təsir göstərir, saçları möhkəmləndirir.

Yaponların gözəllik rutinlərinə tez-tez daxil olan yaşıl lobya maskası üzü aydınlaşdırır, sızanaq və qara nöqtələrdən təmizləyir.
Evdə asanlıqla hazırlanan yaşıl lobya maskası sayəsində dəriniz güzgü kimi parlayacaq.

Tərkibi
1 stəkan yaşıl lobya
1 xörək qaşığı bal
1 xörək qaşığı qatıq
Bir neçə damcı limon suyu (dəriniz həssas deyilsə, istəyə görə)

Hazırlanma qaydası
Əvvəlcə lobyanı yaxşıca yuyun, kiçik-kiçik doğrayın. Doğranmış lobyaları bir qazana qoyun və üzərini keçməyəcək qədər su əlavə edin. Yumşalana qədər qaynadın və blendrdan keçirin. Qatılığını su ilə tarazalaya bilərsiniz.

Daha sonra digər ərzaqları əlavə edinvə qarışdırın.

Hazırladığınız maskanı üzünüzə çəkin və təxminən 20 dəqiqə saxlayın. Üzünüzü ilıq su ilə yaxaladıqdan sonra üzünüzü təbii nəmləndirici ilə nəmləndirin.
Bu maskadan hər gün müntəzəm istifadə etsəniz, qısa müddətdə təsirini görəcəksiniz.

Billurə Yunus