"Fast-food" yeyən qadınlarda bu xəstəliklər aşkarlanır

28
İyl
2024
03:28

"Fast-food" istehlak edən qadınların otoimmün xəstəliklərdən əziyyət çəkmə ehtimalının daha yüksək olduğu ortaya çıxıb.

Azreform.info xəbər verir ki, bu haqda "Daily Mail" xəbər dərc edib.

Harvard Universitetində aparılan bir araşdırma göstərib ki, süni dadlandırıcılar və konservantlarla dolu olan bu qidalardan çox istifadə edən insanların oynaq ağrıları, dəri problemləri və yorğunluğa səbəb olan lupus xəstəliyinə tutulma ehtimalı yüzdə 56 daha çoxdur.

Əvvəlki araşdırmalar göstərib ki, hazır yeməklər və dondurulmuş qidalar kimi həddindən artıq işlənmiş qidalar xərçəng, Alzheimer və ürək xəstəlikləri də daxil olmaqla həyati təhlükəsi olan xəstəliklərlə əlaqələndirilir.(Axşam.az)