Coşqun Diniyevin yeni klubu açıqlandı

28
İyl
2024
00:49

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin yeni klubu məlum olub.

Azreform.info ” xəbər verir ki, “Ümraniyespor”dan ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

29 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Diniyev 1-ci liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm “Ümraniyespor”un heyətində 33 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.