Ukraynadakı dəhşətli teraktın səbəbi məlum oldu

16
Dek
2023
00:00

Ukraynada 26 nəfərin xəsarət alıdğı terror aktının səbəbi məlum olub.

Publika.az xəbər verir ki, partlayış törədən “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul edilməzdən əvvəl ötən ilki xərclər barədə hesabat tələb edib.

Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək Keretskov icmasının başçısına əməkhaqqının 50 %-i qədər artım və hər ay 100 % bonus verilməsini düzgün saymayıb.

Daha sonra Batrin zaldan çıxıb və üç qumbara ilə geri dönərək ona söz verilməsini tələb edib, bunun nəticəsiz qaldığını görərək sursatları işə salıb.