Bakının tələbi: Moskva İbrahimovu həbs etdi

27
İyl
2024
23:28

Moskvanın Nikulinski Məhkəməsi beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşını ekstradisiyası məqsədilə həbs edib.

Azreform.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, Elxan Musa oğlu İbrahimov haqda Azərbaycana ekstradisiyasını təmin etmək üçün 2024-cü il sentyabrın 2-dək 40 sutka müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunur ki, R.İbrahimov cinayətkar birlikdə, habelə Azərbaycan ərazisində qadağan olunmuş silahlı birləşmədə iştirak ittihamı ilə beynəlxalq axtarışa verilib.

Bəzi media orqanları İbrahimovun Əl-Qaidənin Suriyadakı qollarından birinə qoşulduğunu yazıb.(axar.az)