Bu pendiri yemək ömrü uzadır

27
İyl
2024
19:42

Pendir yeməklə psixi sağlamlıq arasında güclü əlaqə var.

Azreform.info “Haber7”yə istinadla xəbər verir ki, bu barədə Çinin Şanxay Jiao Tonq Universitetinin tədqiqatçıları 2.3 milyon insan üzərində araşdırma aparıb.

Tədqiqat psixi sağlamlığın sağlam qocalmanı və uzunömürlülüyü təmin edən ən vacib amil olduğunu üzə çıxarıb.

Məlum olub ki, psixi sağlamlığı daha yüksək olanlar daha çox pendir yeyənlərdir.

“İndi aydın oldu ki, aktiv qalmaq, televizora baxmağı azaltmaq və siqaretdən uzaq durmaq idrak funksiyasını yaxşılaşdıra və ümumi xəstəliklərin qarşısını ala bilər. Bütün bunlarla yanaşı, pendir növlərinin də sağlam həyata çox əhəmiyyətli təsirləri olduğunu gördük”,- deyə universitetin professoru Tian-Ge Vang söyləyib.

Mütəxəssislər həmçinin mozzarellanın ürək üçün ən sağlam pendir olması məsələsində həmfikir olduqlarını bildiriblər.

Billurə Yunus