Sumqayıtda 31 yaşlı kişinin meyiti tapılıb

27
İyl
2024
15:35

Sumqayıtda evdən 31 yaşlı kişinin meyiti tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayonunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Sətdar Əliheydər oğlu Şıxıyevin meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.