FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Azreform.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Kosovoda yerli “Drita” və İslandiyanın “Breydablik” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.
Ədalət təmsilçisinə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
İyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.