Çində metro qəzası: 102 yaralı var - VİDEO

15
Dek
2023
22:07

Çinin paytaxtı Pekində metronun yuxarı hissəsində qar fırtınasının təsiri ilə dayanan qatara arxadan gələn qatar çırpılıb. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 102 nəfər sınıq xəsarəti alıb. 515 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzanın hərəkətinin sıx olduğu saatlarda hava şəraiti ilə əlaqədar siqnalda yaranan nasazlıq və təcili əyləcləmə nəticəsində baş verdiyi bildirilib.

Xəstəxanaya yerləşdirilən 515 nəfərdən 423-nün müalicəsi tamamlanaraq evə buraxılıb.

Qəzada insan itkisi olmayıb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Günay