Xəbər verdiyimiz kimi, "Neftçi" “Styaua”nın üzvü Siyabonqa Nqezananı transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, iddialara görə "ağ-qaralar" qarşı tərəfə 7 milyonluq təklif göndərib.
Klubun prezidenti Gigi Becali yerli mətbuata açıqlamasında məsələyə aydınlıq gətirib.
Funksioner iddiaları təkzib edib. O bildirib ki, "Neftçi"dən 7 milyonluq təklif almayıblar:
"İddialar doğru deyil. Hazırda futbolçunun karyerasını Azərbaycanda davam etdirəcəyinə dair xəbərlər saxtadır".
Nqezananın “Styaua” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.