Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azreform.info -a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb. Azyaşlı ailəsinə təhvil verilib.
***
Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.
"Report" xəbər verir ki, Biləcəri qəsəbəsi, DSK yolu nömrəsiz evdə yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadılğı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.