Abşeronda körpə qızdırmadan öldü

25
İyl
2024
11:28

Abşeron rayonunda körpə qızdırmadan vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Masazır qəsəbə sakini 2024-cü il təvəllüdlü Ə.Hacızadə yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Körpə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.