Abşeron rayonunda mənzil yanıb

24
İyl
2024
21:42

Abşeron rayonunda mənzildə yanğın olub.

APA xəbər verir ki, hadisə Masazır qəsəbəsində fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.