Ceyranbatan qəsəbəsində Samur-Abşeron kanalında yeniyetmə batıb.
Azreform.info xəbər verir ki, 14 yaşlı Sübhan Ramiz oğlu Mirzəyev kanalda çimərkən boğulub. Yoldaşları onu xilas etməyə çalışsa da, bu, mümkün olmayıb.
Hazırda xilasedicilər və qəsəbə sakinləri batan yeniyetmənin axtarışını ediblər.
***
Bir müddət sonra 14 yaşlı Sübhanın cəsədi tapılaraq müvafiq qaydada təhvil verilib.
Azreform.info