Sumqayıtda 14 gün əvvəl yıxılan 75 yaşlı kişi xəstəxanada ölüb.
"Report"un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakini, 1949-cu il təvəllüdlü Kamal Astan oğlu Həsənov 14 gün öncə 10-cu mikrorayonda yıxılıb.
O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.