Bakıda minik maşını yanıb

22
İyl
2024
22:28

Bakıda minik avtomobili yanıb.

APA xəbər verir ki, yanğın Balaxanı-Mehdiabad magistral yolunda qeydə alınıb.

Şirinov Taleh Fəxrəddin oğluna məxsus 77-XJ-906 dövlət nömrə nişanlı "Kia" markalı maşın yanıb.

Yanğın avtomobilin mühərrik hissəsindən salon hissəsinə keçib.

Yanğın söndürülüb, xəsarət alan yoxdur.