Gürcüstanda zəlzələ olub, Azərbaycanda hiss olunub

22
İyl
2024
12:28

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Azreform.info -a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub", - deyə məlumatda qeyd edilib.