Bakıda bir nəfərin 35 min manatını alan əcnəbi saxlanıldı

20
İyl
2024
14:07

Bakının Nəsimi rayonunda bir nəfərin 35 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb.

Bu barədə Azreform.info -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.