İranda polis idarəsinə hücum: ölən və yaralananlar var

15
Dek
2023
13:00

İranda silahlı şəxslər polis bölməsinə hücum edib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan valiliyi gecə saatlarında həyata keçirilən hücumla bağlı açıqlama verib.

“Raskda polis bölməsinə törədilən terror aktı nəticəsində 11 nəfər həlak olub”.

Polislə silahlı basqınçılar arasında baş verən qarşıdurmada hücum edənlərin çoxu öldürürülüb.

Hücumu ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində mövcud olan “Ceyşul Adl” adlı təşkilatın üzərinə götürdüyü bildirilib.

Günay