Azərbaycanda iş adamı oğlunu HƏBS ETDİRDİ

18
İyl
2024
21:21

Gəncədə iş adamı oğlunu həbs etdirib.

Azreform.info Publika.az-a istinadla bildirir ki, 1993-cü il təvəllüdlü A.Sultanov (soyad şərtidir) Gəncə şəhər Atatürk prospektində yerləşən "City center" mağazasına gəlib. O, mağazanın sahibi olan atasından pul tələb edib.

Lakin iş adamı M.Sultanov oğluna pul verməkdən imtina edib. Bundan sonra A.Sultanov mağazadan çıxaraq uca səslə söyüş söyməyə, ictimai asayışı pozmağa başlayıb, atasının ünvanına nalayiq ifadələr işlədib.

Polisə müraciət edildikdən sonra 31 yaşlı A.Sultanov saxlanılıb. Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Gəncə Şəhər Məhkəməsinə göndərilib və ona 5 sutka inzibati həbs cəzası verilib.