Xəstəxanaya yerləşdirilən əkizlərdən biri öldü

18
İyl
2024
16:49

Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdirilən əkiz uşaqdan biri ölüb.

“Qafqazinfo” xəbər verir ki, iyulun 16-da xəstəxanın təcili tibbi yardım şöbəsinə 21.05.2024-cü il təvəllüdlü körpə (qadın cinsli) yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, həmin gün saat 19:14-də körpənin dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı diaqnozu ilə ölümü qeydə alınıb. Onunla eyni gündə doğulmuş digər əkiz isə Bakıdakı xəstəxanaya köçürülüb.