Bakı ŞƏT-ə müşahidəçi qismində üzv olmaq üçün müraciət edib

18
İyl
2024
16:28

Azərbaycan da daxil olmaqla bir çox ölkə müşahidəçi ölkə statusu almaq üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müraciət edib. 

Azreform.info xəbər verir ki, bu barədə  İranın ŞƏT Katibliyindəki Milli Koordinator Mehrdad Kiaeyi deyib.

“Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və başqaları qoşulmaq üçün müraciət edib. Bu ölkələr (Banqladeş istisna olmaqla) statuslarını dialoq tərəfdaşından müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsipcə, bu məsələni nəzərdən keçirməyə hazırıq”, - Mehrdad Kiaeyi bildirib.

Bu ölkələrin ŞƏT-in tamhüquqlu üzv olması məsələsinə gəldikdə isə Kiaeyi bildirib ki, bunun üşün ilk olaraq həmin ölkələr qurumda müşahidəçi  olmalıdırlar, daha sonra  isə tamhüquqlu üzvləri ola bilərlər.

Mürtəza
Azreform.info