Bakıda şirkətdə bədbəxt hadisə baş verib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Cabbarov Zahid Eldar oğlunun fəhlə kimi işlədiyi "Yeni BEMZ" ASC-nin balansında olan və bir illik icarə müqaviləsinə əsasən "AZFENCE" MMC-nin istifadəsində olan sahədə yük avtomobilinə dəmir parçaları yüklədiyi zaman ehtiyyatsızlıqdan yıxılıb.
O, əlində olan dəmir parçasının baş nahiyəsinə dəyərək bədən xəsarəti alıb.
Zahid Cabbarov 3 saylı şəhər kliniki xəstəxanasına, oradan isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.