Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yola salınma mərasimi olub

17
İyl
2024
20:07

Azərbaycan idmançılarının Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına təntənəli yola salınma mərasimi olub.

Azreform.info "Report"a istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Gimnastika Arenasında təşkil olunmuş mərasimdə azarkeşlər, idmançıların yaxınları, müxtəlif federasiyaların rəsmiləri, nazirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsinin ardından start götürüb.

Yola salınma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.

O, yarış iştirakçılarının Olimpiadaya ciddi hazırlaşdığını söyləyib.

Qeyd edək ki, İyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda ölkəmizi təmsil edəcək.