Xaçmazda sakinləri öldürüb evi yandıran şəxsə prokuror ömürlük cəza istəyib

16
İyl
2024
20:21

Xaçmaz rayonu Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Rəhman oğlu Ağaxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Rüstəmov çıxış edib.

Prokuror Ramin Rəhman oğlu Ağaxanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cari il aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan iki nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ramin Rəhman oğlu Ağaxanov saxlanılaraq istintaqa təhvil verilib.