"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) Bakıya nə jurnalist, nə də azarkeş gətirəcək.
Bu barədə "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.
Moldova təmsilçisi cavab qarşılaşması üçün Azərbaycana iyulun 17-də gələcək.
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.