ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsddən sonra prezidentlik yarışında qalib gəlmək ehtimalının artacağına dair gözləntilər bitkoini bahalaşdırıb.
Azreform.info ın məlumatına görə, bitkoinin qiyməti bu gün 65 min dollara qalxsa da, daha sonra yenidən 63 min 800 dollara enib.
İkinci ən böyük aktiv kriptovalyuta olan ethereum isə 3500 dollara qədər bahalaşıb.
Riskli aktivlərin bahalaşmasında ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə bağlı müsbət mesajları da təsirli olub.
Könül
Azreform.info