Bu ölkə Ukraynaya ikinci "Patriot"u verdi

15
Dek
2023
08:21

Almaniya Ukraynaya ikinci “Patriot” hava hücumundan müdafiə sistemi və müvafiq raketləri təhvil verib.

Azreform.info xəbər verir ki, bu barədə Almaniya hökumətinin məlumatında deyilir.

Bundan əlavə, hərbi paketə doqquz ədəd “Bandvagn 206” universal hərbi texnikası, üç pilotsuz minatəmizləmə maşını, səkkiz “Zetros” yük maşını və dörd ədəd 8x8 HX81 traktor qoşqusu daxildir.