HƏMAS üzvləri Almaniyada saxlanılıb

15
Dek
2023
07:14

Berlində radikal HƏMAS hərəkatının 3 nümayəndəsi saxlanılıb.

Azreform.info xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Federal Baş Prokurorluğu məlumat yayıb.

Saxlanılanlardan ikisinin Livan, digərinin isə Misir vətəndaşlığı var. Daha bir HƏMAS üzvü olduğu iddia edilən Rotterdamda saxlanılıb, onun Niderland vətəndaşlığı var.

Şübhəlilərdən biri HƏMAS-ın Livandakı rəhbərliyinin göstərişi əsasında silah almağa çalışıb. Silahlar Avropadakı yəhudi qurumlarına mümkün hücumlar üçün Berlinə çatdırılmalı idi.