Paytaxtda QƏZA: "NAZ-Lifan" UAZ-la toqquşdu - VİDEO

16
İyl
2024
00:56

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

Bu barədə Baku.ws-in "qaynar xətt"inə görüntülər daxil olub.

Qeyd edilib ki, qəza zamanı "NAZ-Lifan" markalı avtomobil UAZ-la toqquşub.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.