Aktyor Jerar Depardye Kanadanın Kvebek əyalətinin ali mükafatı - Kvebek ordenindən məhrum edilib.
Azreform.info xəbər verir ki, bu barədə CTV telekanalı əyalət rəhbəri Fransua Leqoya istinadən məlumat yayıb.
"Jerar Depardyenin kamera qarşısında verdiyi qalmaqallı açıqlamalar beynəlxalq ictimaiyyəti şoka saldı və bu, təəccüblü deyil. O, öz davranışı ilə Kvebek ordeninin üzvlərinin reputasiyasına kölgə salır və buna görə də mən onu dərhal ordendən məhrum edilməsi qərarına gəldim", deyə Leqault bildirib.
Depardye 2002-ci ildə Kvebek ordeni ilə təltif edilmişdi
Qeyd edək ki, Fransada "Depardye: Adamyeyənlərin süqutu” sənədli filmi nümayiş olunub. Filmdə Depardyenin 2018-ci ildə ölkənin 70 illik yubileyi üçün Şimali Koreyaya səfəri göstərilir. Filmə çəkildiyini bilən Depardye qadınlara nalayiq təriflər yağdırıb, onların görkəminə münasibət bildirib, tərcüməçini sıxışdırıb, həmçinin atçılıq mərkəzində gördüyü azyaşlı atlının görkəmini əxlaqsızcasına qiymətləndirib.
Aprelin 12-də məlum olub ki, 13 qadın Jerar Depardyeni cinsi təcavüzdə ittiham edib. Bütün ittihamlar Depardyenin 2004-2022-ci illər arasında işlədiyi 11 film və seriala aiddir.
Bəzi qızlar baş verənlər barədə anonim danışıb, bəziləri isə danışmayıb. Onların arasında 2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürən aktrisa Şarlotta Arnoux da var.
2023-cü ilin sentyabrında aktrisa Ellen Darras da Depardyeyə qarşı polisə şikayət edib.(Qaynarinfo)